Arzu Əliyeva və Alyona Əliyeva “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə iştirak ediblər

Arzu Əliyeva və Alyona Əliyeva “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə iştirak ediblər






presstv

"Presstv"az #Alyona Əliyeva, #Arzu Əliyeva, #Audi, #Azərbaycan, #Bakı, #İlham Əliyev, #Media Mərkəzi, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 28-də Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləşən “Türk Dünyası” rəsm qalereyasında “Rənglərdə yaşanan 10 il” mövzusunda sərgi keçirilib. Mərkəzin 10 illik yubileyi ərəfəsində təşkil olunan sərgidə 6-30 yaşarası tələbə-rəssamların və müəllim heyətinin rəssamlığın rəngarəng texnikalarından istifadə edərək hazırladıqları əl işləri nümayiş etdirilib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Bakı Media Mərkəzinin rəhbəri Arzu ƏliyevaAlyona Əliyeva iştirak ediblər.

Arzu Əliyeva və Alyona Əliyeva mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, sərgilənən əl işlərinə baxış keçirib, qonaqlar və sərgi iştirakçıları ilə şəkil çəkdiriblər.

Gənc rəssamların rəngkarlıq, heykəltəraşlıq, taxta üzərində yandırma, kvillinq-art, batika, “ebru, alcohol ink”, qrafika, “wood-art”, “mixed media art” (dekorativ-tətbiqi sənət) kimi müxtəlif mövzularda hazırlanmış işləri böyük maraqla qarşılanıb.

Tədbiri Zirə Mədəniyyət Mərkəzinin rəhbərliyi adından Ləman Əliyeva açaraq mərkəzin fəaliyyəti və sərgi haqqında ətraflı məlumat verib. Daha sonra Art Studiyanın rəhbəri Məzahir Rüstəmov çıxış edərək Art Studiyanın 10 illik inkişaf yolu, əldə olunan nailiyyətlər və gənc rəssamların yaradıcılıq uğurları barədə məlumat verib.

Sərginin fəxri qonağı Xalq rəssamı Ömər Eldarov iştirakçıları təbrik edib, onların yaradıcılıq fəaliyyətlərinə yüksək qiymət verərək gələcək işlərində uğurlar arzulayıb.

Tədbirin davamında Eko-Parkın moda studiyasında hazırlanmış Azərbaycanın milli geyimlərindən, eləcə də üzərində rəsm və digər əl işləri olan müasir geyimlərdən ibarət moda sərgisi nümayiş etdirilib.

Sonda təqdim edilən “Ağ çiçəyim” rəqsi tədbirə xüsusi estetik gözəllik və rəng qatıb.

Tədbirin yekununda isə Zirə Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibətilə Eko-Park heyəti və tələbə-rəssamlar birlikdə tort kəsib, bu əlamətdar günü xatirə şəkilləri ilə yaddaşa köçürüblər.

Dekabrın 29-da Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva “Rənglərdən yaşanan 10 il” adlı hesabat sərgisində iştirak ediblər.

Alyona Əliyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

presstvaz həmin paylaşımı təqdim edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv