Tərtərdə baş verən qəzada yaralananların kimliyi bəlli oldu

Tərtərdə baş verən qəzada yaralananların kimliyi bəlli oldu






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Hadisə, #Nəqliyyat, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tərtərdə baş verən qəzada yaralananların kimliyi bəlli olub.

presstvaz APA-ya istinadən xəbər verir ki, onlar 1971-ci il təvəllüdlü Rafiq Piraslan oğlu Zalov və 1974 -cü il təvəllüdlü Zəminə Fərman qızı Zalovadır.

Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.

presstvaz-ın sorğusuna cavab olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 28.12.2025-ci il tarixdə saat 10:50-də Tərtər rayonunun İlxıçılar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1971-ci il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi diaqnozu, 1993-cü il təvəllüdlü şəxsə isə döş qəfəsinin əzilməsi və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Şükufə Süleymanlı

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

presstvaz xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Mitsubishi” markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv