Xətai rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib

Xətai rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Ailə, #Audi, #Azərbaycan, #Bələdiyyə, #Hakim, #Heydər Əliyev, #İlham Əliyev, #Məcburi köçkün, #Milli Məclis, #Müharibə, #Vətən müharibəsi, #Xətai Rayon İcra Hakimiyyəti, #Xətai rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 27-də Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə nümayəndələri, ağsaqqallar, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, bu gün Azərbaycanın bütün sahələrdə davamlı uğurları aydın görünür. Möhkəm təməl üzərində qurulan dövlət siyasəti ölkəmizin bu günü və gələcəyi üçün etibarlı əsasdır. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində müstəqilliyini dönməz edən Azərbaycan bu gün tarixi Zəfər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə regionda və dünya siyasətində yeni reallıqlar yaradıb. Qeyd edilib ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də bir günlük antiterror tədbirləri xalqımızın birliyinin və həmrəyliyinin bariz nümunəsi olub. Bu birliyin əsası isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxışında vurğulayıb ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi və siyasi imkanları genişlənib, beynəlxalq mövqeləri möhkəmlənib, tarixi ədalət bərpa olunub. Bu gün üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərdə dalğalanır ki, bu da milli qürurumuzun və kimliyimizin təcəssümüdür.

Milli Məclisin deputatı Zahid Oruc çıxışında qeyd edib ki, qalib və bütövləşən Azərbaycan 1993-cü ildən başlanan Heydər Əliyev yolunun məntiqi nəticəsidir. O bildirib ki, “Dəmir yumruq” rəmzi xalqımızın birliyini və gücünü bütün dünyaya nümayiş etdirdi.

Deputat Vüqar Rəhimzadə çıxışında Azərbaycanın suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyduğunu qeyd edərək bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ölkəmizin dayanıqlı inkişafı üçün geniş imkanlar yaradır.

Millət vəkili Pərvanə Vəliyeva çıxışında Azərbaycanın bugünkü uğurlarının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin son 22 ildə həyata keçirdiyi siyasət bu etimadın tam doğrulduğunu sübut edir.

Şəhid atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov çıxışında Vətən övladlarının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək tarix yazdıqlarını vurğulayıb.

Şəhid atası Meyvəddin Ramaldanov isə bildirib ki, şəhidlərin həyat yolu bir dastandır və bu gün milli ruhda, vətənpərvər gəncliyin yetişməsi gələcəyimiz üçün ən böyük zəmanətdir.

Tədbir musiqi proqramı ilə davam edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv