“AZZA” tortundan zəhərlənmə olub? – İDDİA

“AZZA” tortundan zəhərlənmə olub? – İDDİA






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Həkim, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AZZA Gastronom” şirniyyat şirkəti ilə bağlı şikayət paylaşılıb.

presstvaz   xəbər verir ki, sözügedən paylaşım sosial şəbəkədə müştərilərin olduğu qrupda yer alıb.

Gizli profildən paylaşım edən vətəndaş iddia edir ki, “AZZA Gastronom”dan dekabrın 25-də aldığı tort dekabrın 27-də istehlak olunub:

“Məhsulun üzərində saxlama müddətinin 96 saat olduğu qeyd edilib. Tortu yeyən iki nəfər zəhərlənib. Ana-balanın xəstəxanaya yerləşdirilməsinə səbəb oldunuz”.

Qeyd edək ki, paylaşımın şərh bölməsində müştərilər görüntülərdə divarların nəm olduğunu və bunun da birbaşa saxlama qaydasına mənfi təsir etdiyini vurğulayıblar.

Oxu.az-ın əməkdaşı  məsələ ilə bağlı məlumat almaq üçün “AZZA Gastronom” şirniyyat şirkətinin qaynar xətti ilə əlaqə saxlayıb.

“AZZA Gastronom”dan bildirilib ki, şikayətdən məlumatlıdırlar: “Instagram” səhifəmizə müraciət olub. Sözügedən müştəriyə məlumat verilib. Müştəri heç bir mağazamıza məhsul və qəbz təqdim etməyib. Həmçinin həkim arayışı da yoxdur. Biz bilməliyik ki, həqiqətən də “AZZA” tortundan zəhərlənmə baş verib. Məhsul olmadan rəy bildirmək mümkün deyil. Məhsul olmadan hər kəs şikayət edə bilər. Şikayəti əsaslandırmaq lazımdır. Şokoladlı tortdan zəhərlənmə isə az halda baş verir”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) qeyd olunub ki, məsələ araşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv