Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Cəbrayıl, #Milli Hidrometeorologiya Xidməti, #Quba, #Şəki, #Şəmkir

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda dekabrın 28-i saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb.

presstvaz xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağ və Goranboyda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, Mingəçevir və Yardımlıda 16 m/s-dək güclənir.

Qan qarın hündürlüyü Gədəbəydə 21, Əlibəydə (Zaqatala) 14, Daşkəsəndə 11, Kəlbəcərdə 8, Qrızda 7, Şahdağda 6, Göygöl, Sarıbaş (Qax) və Şərurda 5, Xaltan və Xınalıqda 4, Qusar və Qubada 3, Şabranda 2, Sədərək, Xaçmaz, Şahbuz, Şəki (Kişçay), Laçın və Qubadlıda 1 sm -dir.

Yağıntının miqdarı Balakən və Zaqatalada 2, Bərdə, Tovuz, Şəmkir, Cocuqmərcanlı (Cəbrayıl) və Naxçıvanda 1 mm-dir.

Balakən, Şərur, Daşkəsən, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Quba, Qusar, Qrız, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 1, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv