Azərbaycanda içməli su təchizatı xidmətlərinə görə ən yaxşı və ən pis regionlar açıqlanıb

Azərbaycanda içməli su təchizatı xidmətlərinə görə ən yaxşı və ən pis regionlar açıqlanıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Lənkəran, #Naxçıvan Muxtar Respublikası, #Qazax, #Quba, #Salyan, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda təhlükəsiz içməli su təchizatı xidmətlərindən istifadə edən əhalinin xüsusi çəkisi 38.5 faiz təşkil edir.

presstvaz rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici şəhər əhalisinin 54.4 faizi bu xidmətlərdən istifadə etdiyi halda, kənd əhalisi arasında göstərici cəmi 14.1 faizdir. Bu, şəhərlərlə kəndlər arasında təxminən dörd dəfə fərq olduğunu göstərir.

İqtisadi rayonlar üzrə göstəricilər də su təchizatı sahəsində regional bərabərsizliyi açıq şəkildə üzə çıxarır. Ən yüksək göstərici Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb – 71.5 faiz. Bakı şəhərində isə əhalinin 69.2 faizi təhlükəsiz içməli su xidmətlərindən istifadə edir.

Bununla yanaşı, bir sıra iqtisadi rayonlarda göstəricilər kəskin aşağı səviyyədədir. Belə ki, Mil-Muğan iqtisadi rayonunda bu göstərici cəmi 8.5 faiz, Qazax-Tovuz iqtisadi rayonunda 13.6 faiz, Mərkəzi Aran iqtisadi rayonunda isə 16.9 faiz təşkil edir.

Aşağı səviyyə ilə seçilən digər iqtisadi rayonlar bunlardır: Dağlıq Şirvan – 17 faiz, Qarabağ – 17 faiz, Lənkəran-Astara – 18.2 faiz, Gəncə-Daşkəsən – 20 faiz

Nisbətən daha yaxşı vəziyyət Quba-Xaçmaz (24.4 faiz), Şirvan-Salyan (23.2 faiz), Şəki-Zaqatala (21.1 faiz) və Naxçıvan Muxtar Respublikasında (21.3 faiz) müşahidə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv