Litva piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasından çıxdı

Litva piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasından çıxdı






presstv

"Presstv"az #Audi, #Finlandiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Litva Piyadalar Əleyhinə Minaların İstifadəsinin, İstehsalının, Toplanmasının və Daşınmasının Qadağan Olunması və Onların Məhv Edilməsi Haqqında Konvensiyadan (Ottava Konvensiyası) rəsmi olaraq çıxıb.

presstvaz xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Zəruri prosedurlar üçün son tarix dekabrın 27-də başa çatıb. BMT baş katibinə konvensiyadan çıxmaq barədə bildirişin göndərilməsindən altı ay keçib”, – deyə nazirliyin məlumatında bildirilib.

Konvensiyadan çıxmaq, bu tip sursatların istifadəsinə, saxlanmasına və istehsalına icazə veriləcəyi deməkdir. Litva müdafiə nazirinin müavini Karolis Aleksa daha əvvəl bildirib ki, Ottava Konvensiyasından çıxdıqdan sonra ölkəsi 2026-cı ildə öz ehtiyacları və Ukraynaya ötürülməsi üçün Finlandiya ilə birlikdə piyada əleyhinə minaların istehsalını qurmağı planlaşdırır.

Bildirilib ki, bu məqsədlə yüz milyonlarla avro ayrılacaq. Piyada əleyhinə minalardan əlavə, tərəfdaşlar tank əleyhinə minalar da istehsal etmək niyyətindədirlər.

Qeyd edək ki, piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyası 1999-cu ildə qüvvəyə minib və 164 dövlət həmin anlaşmaya qoşulub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, bu silahlar çox sayda mülki şəxsin ölümünə səbəb olur və hərbi əməliyyatlar bitdikdən sonra da uzun müddət təhlükə yaratmağa davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv