Elektromobil sevənlərin NƏZƏRİNƏ: Çin yeni texniki normalar tətbiq edir

Elektromobil sevənlərin NƏZƏRİNƏ: Çin yeni texniki normalar tətbiq edir






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin tam elektriklə işləyən minik avtomobillərinin enerji sərfiyyatını tənzimləyən yeni məcburi milli standart tətbiq etməyə hazırlaşır.

presstvaz “ixbt.com”a istinadən xəbər verir ki, yeni standart 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.

Qeyd olunur ki, bu qayda dünyada elektromobillər üçün qəbul edilən ilk məcburi enerji sərfiyyatı standartıdır və Çində indiyədək tətbiq edilən tövsiyə xarakterli normativləri əvəz edəcək.

Əvvəlki tövsiyə olunan versiya ilə müqayisədə, yeni məcburi standart enerji sərfiyyatı ilə bağlı tələbləri təxminən 11 faiz sərtləşdirir.

Standart qüvvəyə mindikdən sonra avtomobil istehsalçıları yeni modellərin tələblərə uyğunluğunu təmin etmək məqsədilə texniki modernləşdirmə aparmalı olacaqlar. Təxminən 2 ton boş kütləyə malik tam elektrikli minik avtomobilləri üçün yeni norma 100 kilometr məsafəyə maksimum 15,1 kilovat-saat elektrik enerjisi sərfiyyatı müəyyən edir.

Rəsmilərin bildirdiyinə görə, texniki yenilənmələrdən sonra eyni batareya tutumuna malik elektromobillərin enerji sərfiyyatının azalması hesabına orta hesabla təxminən 7 faiz daha uzun yürüş məsafəsi əldə olunacağı gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv