Xankəndi Yeni ilə hazırdır, atəşfəşanlıq olacaq – Foto

Xankəndi Yeni ilə hazırdır, atəşfəşanlıq olacaq – Foto






presstv

"Presstv"az #Azərbaycan, #Fermerlər, #Kənd Təsərrüfatı Nazirliyi, #Tikinti və İdarəetmə Xidməti, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndində fəaliyyətə başlayacaq yarmarkaların təşkili ilə bağlı bütün hazırlıq işləri artıq başa çatdırılıb.

presstvaz xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, yarmarkanın keçiriləcəyi meydan Yeni İl münasibətilə xüsusi işıqlandırmalarla bəzədilib, ərazi rəngarəng dekorasiyalarla bayram ab-havasına bürünüb.

Məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca ikinci dəfə keçiriləcək "Qış nağılı" adlı yarmarka şəhərin Zəfər meydanında təşkil edilib.

Yarmarka yanvarın 5-dək davam edəcək.

Eyni zamanda, dekabrın 27-də Xankəndi şəhərində Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə "Kənddən şəhərə" Yeni İl yarmarkası da olacaq. Yarmarkada iştirak edən fermerlər təsərrüfatlarının təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını satışa çıxaracaqlar. Dekabrın 29-da isə Xankəndidə şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə geniş bayram proqramı, dekabrın 31-də atəşfəşanlıq olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv