Patent almaq asanlaşır? – YENİ QAYDALAR

Patent almaq asanlaşır? – YENİ QAYDALAR






presstv

"Presstv"az #Hakim, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentin verilməsi qaydalarında dəyişiklik ediləcək.

presstvaz xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan "Patent haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti qurtardıqdan və ya ixtira, faydalı model və ya sənaye nümunəsinə patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 ay ərzində ixtira, faydalı model və ya sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması üçün dövlət rüsumu ödənilməsi şərtilə ixtira, faydalı model və ya sənaye nümunəsini müvafiq dövlət reyestrində qeydə alacaq və iddiaçıya patent verəcək.

Patentin qüvvədə saxlanılması üçün haqqın ödənilməsi patentin qüvvədə olduğu il başa çatanadək həyata keçirilmədikdə müəyyən edilmiş əlavə haqq ödənilməsi şərtilə patentin qüvvədə olduğu müddətin bitdiyi tarixdən haqqın ödənilməsi üçün 6 ay əlavə möhlət veriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv