"Gmail" istifadəçilərinin nəzərinə- Həmin funksiya aktiv olacaq

"Gmail" istifadəçilərinin nəzərinə- Həmin funksiya aktiv olacaq






presstv

"Presstv"az #Google, #Hindistan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Google" şirkəti istifadəçilərə "@gmail.com" domenində olan elektron poçt ünvanını dəyişmək imkanı yaradacaq.

presstvaz xəbər verir ki, indiyədək bu funksiya mövcud olmayıb və şirkət rəsmi arayışında "Gmail" ünvanının dəyişdirilməsinin mümkün olmadığını açıq şəkildə bildirib.

Qeyd olunur ki,"Google"un Hindistandakı dəstək səhifəsində yeni funksiyanın mərhələli şəkildə tətbiqi ilə bağlı məlumat yerləşdirilib.

İstifadəçilər mövcud "@gmail.com" ünvanlarını yeni ünvanla əvəz edə biləcəklər. Ünvan dəyişdirildikdən sonra köhnə e-poçt silinməyəcək, psevdonim kimi saxlanılacaq. İstifadəçi həm köhnə, həm də yeni ünvana gələn məktubları almağa davam edəcək.

Bununla yanaşı, bir sıra məhdudiyyətlər də nəzərdə tutulub. Köhnə e-poçt ünvanından dərhal yeni hesab yaratmaq mümkün olmayacaq – bu yalnız 12 aydan sonra mümkün olacaq. Yeni təyin olunan ünvanı silmək də mümkün olmayacaq. Google xidmətlərinə – o cümlədən "Gmail", "YouTube", "Google Drive", "Maps" və "Google Play" – giriş istənilən ünvan vasitəsilə mümkün olacaq.

"Google" hələlik bu funksiyanın rəsmi istifadəyə verilməsi ilə bağlı açıqlama yaymayıb. 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv