Beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya olunub

Beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya olunub






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Baş Prokurorluq, #Cinayət işi, #Ekstradisiya, #Ədliyyə Nazirliyi, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baş Prokurorluğun vəsatəti əsasında Qazaxıstan Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Ramazan Məhəməliyeviç Herayevin ekstradisiyası haqqında qərar qəbul olunub.

presstvaz xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ramazan Herayevin külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunmaqla barəsində beynəlxalq axtarış elan edilib.

Ramazan Herayev Qazaxıstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv