Fransada sürət həddini aşan sürücülər həbs olunacaqlar

Fransada sürət həddini aşan sürücülər həbs olunacaqlar






presstv

"Presstv"az #Audi, #Fransa, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransada saatda 50 kilometrdən çox sürət həddini aşan sürücülər üç aya qədər həbs və 3750 avro məbləğində cərimə olunacaqlar.

presstvaz xəbər verir ki, bu barədə “Journal Officiel” nəşri məlumat yayıb.

Qeyd edilib ki, sərt qaydalar dekabrın 29-dan qüvvəyə minəcək.

“Sürət həddini əhəmiyyətli dərəcədə aşmaq qəza halında ağır nəticələrə səbəb olan xüsusilə təhlükəli davranışdır. Həddindən artıq sürət reaksiya müddətini azaldır, əyləc məsafəsini artırır, nəqliyyat vasitəsinin idarə olunmasını pozur və toqquşma zamanı zərbə gücünü artırır”, – deyə Fransanın Yol Təhlükəsizliyi Departamenti sərt qaydaların tətbiqinə münasibət bildirib.

Yeni qaydalara görə, sürət həddini əhəmiyyətli dərəcədə aşan şəxslərin nəqliyyat vasitələri müsadirə olunacaq və onlar beş ilədək sürücülük hüququndan məhrum ediləcəklər. Həmçinin, sərt cəzaya məruz qalan sürücülər yol təhlükəsizliyi ilə bağlı maarifləndirmə kursunu da bitirməli olacaqlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv