AZAL təyyarəsinin qəzasında möcüzəvi şəkildə sağ qalan şəxs: “Elə bildik ki, mühərrikə quş sürüsü girib”

AZAL təyyarəsinin qəzasında möcüzəvi şəkildə sağ qalan şəxs: “Elə bildik ki, mühərrikə quş sürüsü girib”






presstv

"Presstv"az #Ailə, #Audi, #Qroznı, #təyyarə, #Təyyarə qəzası, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2024-cü ilin dekabrın 25-də baş verən təyyarə qəzası zamanı möcüzəvi şəkildə sağ qalan 29 nəfərdən biri də Gəncə sakini Toğrul Cəfərovdur.

O, Qroznıda yaşayan dostunun yanına gedərkən həyatının ən dəhşətli gününü yaşayıb.

“Əvvəl elə bildik ki, təyyarənin mühərrikinə quş sürüsü girib. Sonra ikinci və üçüncü dəfə vurdular və təyyarə istiqamətini başqa şəhərə dəyişdi. Yerə çırpılanda huşumu itirdim. Təyyarədə tanış olduğum Zamin birinci çıxmışdı, daha sonra isə məni xilas etdi. Sonra birlikdə 6-7 nəfəri də çıxardıq. Təxminən 10 dəqiqə sonra köməyə gəldilər.

Allah həlak olanların ailələrinə səbr versin. Aramızda əlil olanlar, əmək qabiliyyətini itirənlər də var. Amma bu gün yaşayırıqsa, ayağımızın üstündə dura biliriksə, buna min şükür. Dövlətə də bizə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”, – deyə T.Cəfərov bildirib.

Onun sözlərinə görə, qəzadan sağ çıxanlar hazırda da bir-biri ilə əlaqə saxlayırlar: “Qrupumuz var, danışırıq. Elə bil, bir-birimizi neçə illərdir tanıyırıq”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv