Polşa rəsmiləri Rusiya konsulluğunun binasını ələ keçirməyə cəhd ediblər

Polşa rəsmiləri Rusiya konsulluğunun binasını ələ keçirməyə cəhd ediblər






presstv

"Presstv"az #Audi, #Hakim, #Polşa, #Rusiya, #Sankt-Peterburq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polşa rəsmiləri Qdanskdakı Rusiya Baş Konsulluğunun keçmiş binasına daxil olmağa və onu ələ keçirməyə cəhd ediblər. Lakin heç kim onlara qapını açmayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Polsat” telekanalı şəhər meriyasının mətbuat xidmətinə istinadən məlumat verib.

“Aydındır ki, ərazidə kimsə var”, – deyə Qdansk meriyasının mətbuat xidmətinin rəhbəri İzabela Kozitski-Prus bildirib.

O vurğulayıb ki, bütün tədbirlər Polşa Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilir.

Daha əvvəl bildirildiyinə görə, Polşada Qdanskda fəaliyyət göstərən sonuncu Rusiya konsulluğu da fəaliyyətini dayandırıb.

“Hörmətli Baş Konsulluğun ziyarətçiləri! Polşa hakimiyyətinin qərarı ilə Qdanskdakı konsulluğun bağlandığını təəssüf hissi ilə elan edirik”, – deyə Rusiyanın Qdanskdakı baş konsulu Sergey Semenov videomüraciətində bildirmişdi.

Qeyd edək ki, noyabrın 19-da Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşada Qdanskda fəaliyyət göstərən sonuncu Rusiya Bbaş Konsulluğunun 23 dekabr tarixindən etibarən bağlanması qərarını elan edib. Buna cavab olaraq, Moskva 30 dekabr 2025-ci il tarixindən etibarən İrkutskdakı Polşa Baş Konsulluğunu bağlamaq qərarına gəlib.

Bundan əvvəl, 2024-cü ilin oktyabrında və 2025-ci ilin may ayında Polşa hakimiyyəti Poznan və Krakovdakı Rusiya baş konsulluqlarını bağlamışdı. Qarşılığında isə Rusiya Sankt-Peterburq və Kalininqraddakı Polşa konsulluqlarını bağlamışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv