İlham Əliyev tərəfindən təltif olunan məşhur idmançılarımız

İlham Əliyev tərəfindən təltif olunan məşhur idmançılarımız






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Azərbaycan Şahmat Federasiyası, #Azərbaycanın Milli Qəhrəmanı, #Boks, #Çin, #E-idman, #Fransa, #Hakim, #İlham Əliyev, #Paris, #Polşa, #Şahmat, #Sərəncam, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

presstvaz xəbər verir ki, təltif olunanların arasında tanınmış adlar da var.

Belə ki, Eduard Məmmədov, Azər Məhərrəmov və Vəfa Musayeva “Tərəqqi” medalı, İlahə Qədimova və Mövlud Mirəliyev isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif olunublar.

Azərbaycanlı peşəkar kikboksçu Eduard Məmmədov 30 qat dünya çempionu, 11 qat Avropa çempionu, 11 qat dünya kubokunun sahibi, WAKO versiyası üzrə 10 qat dünya çempionu, 15 qat Azərbaycan çempionu, Asiya və Avrasiya çempionu, peşəkarlar arasında dünya çempionu, peşəkarlar arasında WAKO versiya üzrə interkontinental kəmərin sahibi, peşəkarlar arasında IKBO versiya üzrə dünya kəmərinin sahibidir.

İlham Əliyev tərəfindən təltif olunan məşhur idmançılarımız

Vəfa Musayeva Everest dağına qalxan Azərbaycanın ilk qadın alpinisti olub. O bu uğura cari ilin may ayında imza atıb.

İlham Əliyev tərəfindən təltif olunan məşhur idmançılarımız

Tanınmış şahmatçı İlahə Qədimova yeniyetmələr arasında dünya birinciliyinin ikiqat qalibi, 20 yaşlı şahmatçılar arasında Avropa çempionatının qızıl medalçısıdır. Azərbaycan Şahmat Federasiyasının baş katibi olan İlahə Qədimova cari ildə də bir sıra mötəbər yarışlarda işləyərək hakim fəaliyyətini davam etdirib. FIDE tərəfindən ən yüksək kateqoriyalı hakimlər siyahısına daxil edilib.

İlham Əliyev tərəfindən təltif olunan məşhur idmançılarımız

Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında qızıl medal sahib çıxıb. Hazırda Xüsusi Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışır.

İlham Əliyev tərəfindən təltif olunan məşhur idmançılarımız

Təltif olunanlar arasında Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov da var. 48 yaşlı armrestlinq (qol güləşi) üzrə usta idmançı 2022-ci ilin may ayında Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.

Həmin ilin sentyabrında Fransanın Dyepp şəhərində keçirilən dünya çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İlham Əliyev tərəfindən təltif olunan məşhur idmançılarımız


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv