Maliyyəçi Epşteynin həbsxanada ölümünə dair yeni detallar: Kamerasına getməkdən qorxurmuş

Maliyyəçi Epşteynin həbsxanada ölümünə dair yeni detallar: Kamerasına getməkdən qorxurmuş






presstv

"Presstv"az #ABŞ, #Audi, #Ədliyyə Nazirliyi, #Həkim, #Jurnalistlər, #Psixoloq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnsan, o cümlədən uşaq alveri və cinsi istismarda ittiham edilən amerikalı maliyyəçi Ceffri Epşteynin həbsxanada ölümü ilə bağlı yeni detallar ortaya çıxıb.

Bu barədə presstvaz “Daily Mirror” nəşrinə istinadən məlumat verir.

Xəbərə görə, jurnalistlər ABŞ Ədliyyə Nazirliyi tərəfindən Ceffri Epşteyn haqqında yeni dərc olunmuş sənədlərdə maliyyəçinin həbsxanadakı son günləri və ölümünə dair məlumatlar aşkar ediblər.

Bəlli olub ki, ölümündən bir neçə gün əvvəl Epşteyn həbsxana psixoloquna baş çəkib və ona öz kamerasına qayıtmaqdan qorxduğunu deyib.

“Psixiatrik qeydlərdə ölümündən iki həftə əvvəl Epşteyn bədbəxt görünürdü və özünü Dastin Hoffmanın autizmli personajı – Hollivud filmindəki “yağış adamı” ilə müqayisə edirdi”, – deyə materialda qeyd olunub.

Epşteyn vəziyyəti nəzarətdə saxlamaq üçün hər dəfə yalnız 30 dəqiqə yatdığını deyirmiş. Həmçinin müəyyən edilib ki, maliyyəçinin boynunda boğulmaya xarakterik izlər olub və yerli həkim tərəfindən müalicə alırmış.

“O, kamerasına qayıtmaqdan narahat olduğunu bildirdi, çünki ora boynundakı izlərin peyda olduğu yerdir və o, bunun niyə baş verdiyini bilmir”, – deyə materialda psixoloqun şərhindən sitat gətirilib.

Məqalə müəllifi vurğulayır ki, sənədlərdə maliyyəçinin qohumunun Epşteynin qətli ilə bağlı şikayət ərizəsi verdiyi də əks olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv