Yeni ili ən tez bu ölkə qarşılayacaq

Yeni ili ən tez bu ölkə qarşılayacaq






presstv

"Presstv"az #Avstraliya, #Bakı, #Yaponiya, #Yeni Zelandiya, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hər zaman olduğu kimi 2026-cı ilə də keçid dünyanın bütün regionlarında, ölkələrində eyni vaxtda baş verməyəcək. Ölkələr və ya ərazilər zaman zonasına uyğun olaraq yeni il qarşılanacaq. 

presstvaz xəbər verir ki, 2026-cı ili dünyada ilk qarşılayan ölkə Kiribati Respublikası olacaq.

Xüsusilə bu ölkəyə məxsus Kiritimati adası digər bölgələrə nisbətən 14 saat qabaqda yerləşir ki, bu da Yer kürəsində ən qabaqcıl vaxt zonası hesab olunur.

Adada yeni il Bakı vaxtı ilə 31 dekabr 2025-ci il saat 14:00-da qeyd olunacaq.

Bununla yanaşı, Yeni Zelandiya Çatram adaları Bakı vaxtı ilə 31 dekabr saat 14:15-də Yeni ili qarşılayacaq. Həmçinin Yeni Zelandiya (Şimal və Cənub adaları), Tonqa və Samoa ərazisində Yeni il Bakı vaxtı ilə 31 dekabr 15:00-da qarşılanacaq.

Bundan sonra Avstraliya, Yaponiya, Cənub-Şərqi Asiya və digər regionlar mərhələli şəkildə 2026-cı ilə daxil olacaqlar.

Qeyd edək ki, Kiribati 1995-ci ildə Beynəlxalq Tarix Xəttinin ölkə ərazisindən keçən hissəsini dəyişərək bütün adalarını eyni tarix və vaxt zonasına salıb. Bu qərar nəticəsində ölkə hər il Yeni ili dünyada ilk qarşılayan dövlətlərdən biri olur. (sfera.az)

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv