Lukaşenko Belarus xalqına qarşı törədilmiş “soyqırımı”nda təqsirkar ölkələrdən təzminat almağı tapşırdı

Lukaşenko Belarus xalqına qarşı törədilmiş “soyqırımı”nda təqsirkar ölkələrdən təzminat almağı tapşırdı






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Aleksandr Lukaşenko, #Audi, #Belarus, #Dollar, #Müharibə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni baş prokuror Dmitri Qoraya Böyük Vətən müharibəsi illərində Belarus xalqına qarşı törədilmiş “soyqırımı”nda təqsirkar olan ölkələrə maddi hesab irəli sürməyi tapşırıb.

presstvaz bu barədə “BelTA” agentliyinə istinadən xəbər verir.

Lukaşenkonun sözlərinə görə, bir çox fakt artıq üzə çıxarılıb və yeni nəsə tapmaq çətin olsa da, istintaq mütləq yekunlaşdırılmalı və hesab təqdim edilməlidir:

“Ödəyəcəklər, ya yox – fərqi yoxdur, amma bilməlidirlər ki, onlar bizə borcludurlar”.

Belarus lideri əlavə edib ki, hesab ABŞ dolları ilə deyil, onun sürətlə dəyərdən düşməsini nəzərə alaraq, günahkarların tarixi məsuliyyətini əks etdirən başqa formada irəli sürülməlidir.

Dövlət başçısı xatırladıb ki, işğal dövründə bütöv bir respublika dağıdılıb. İlkin qiymətləndirmələrə görə, vurulan zərərin məbləği azı 2.3 trilyon ABŞ dolları təşkil edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv