“m10” “Mastercard”la ilk rəqəmsal kartını istifadəyə verdi – “Apple Pay” və “Google Pay”lə dəstəklənir

“m10” “Mastercard”la ilk rəqəmsal kartını istifadəyə verdi – “Apple Pay” və “Google Pay”lə dəstəklənir






presstv

"Presstv"az #Apple, #Audi, #Azərbaycan, #Bakı, #Google

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“m10” “Mastercard”la əməkdaşlıq çərçivəsində ilk rəqəmsal ödəniş kartını təqdim edib. Yeni “m10” kartı dərhal tətbiqdə aktivləşir və istifadəçinin mövcud pulqabı balansını əks etdirir, əlavə hesab açmağa ehtiyac qalmır. Kart, həmçinin “Apple Pay” və “Google Pay” ilə tam uyğundur, bu da istifadəçilərə qlobal ödəniş imkanları və rahat, problemsiz rəqəmsal ödəniş təcrübəsi təqdim edir.

Tətbiqdə birbaşa aktivləşdirmə

Təsdiqlənmiş (KYC-dən keçmiş) istifadəçilər üçün rəqəmsal “m10” kart tətbiqdə bir toxunuşla aktivləşir və dərhal onlayn, oflayn və xaricdə ödənişlər üçün hazır olur. Yeni hesab açmağa və əlavə qeydiyyatdan keçməyə ehtiyac yoxdur – istifadəçi tətbiqi açan kimi kart işləyir.

İnsan mərkəzli, dinamik təcrübə

“m10” kart istifadəçilərin gündəlik əməliyyatlarını daha interaktiv etmək üçün real vaxtda emosiyalar göstərə bilir. Kart “yatmaq”, “xoşbəxt” və ya “ağlamaq” kimi reaksiyalar verə bilər, istifadəçinin hərəkətlərinə əyləncəli və insan mərkəzli reaksiya təqdim edir.

Hər yerdə, hər zaman istifadə edin

“Mastercard” dəstəyi ilə “m10” kart:

  • “Apple Wallet” və “Google Wallet”ə əlavə edilə bilər;
  • “Apple Pay” və “Google Pay”lə ödəniş imkanı verir;
  • “Mastercard” qəbul olunan bütün məkanlarda təmassız ödənişləri dəstəkləyir;
  • İnternet bağlantısı olmadan da işləyir;
  • Xaricdə də istifadə edilə bilər;
  • Bütün “Mastercard” endirim və təkliflərindən faydalanmaq mümkündür.

Hər şey təkmilləşir

Mövcud “m10” xüsusiyyətləri – ani QR-ödənişləri, “m10” pulqabılar arasında köçürmələr, bank kartı əlavə etmə, “Bakıkart” və “CityCard” məbləğ yükləmə əməliyyatları, beynəlxalq ödənişlər və bu kimi bir çox xidmətlər dəyişməz qalır. Yeni rəqəmsal kart isə “m10″u gündəlik maliyyə işlərində daha da güclü bir rəqəmsal yoldaş edir.

“m10” rəqəmsal kartını kəşf edin: m10.az/digital-card

“m10” haqqında

“m10” Azərbaycanın və Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan “Bir ekosistemi” tərəfindən hazırlanmış rəqəmsal pulqabı və fintex həllidir. 2022-ci ildən istifadəyə verilmiş “m10” fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını sadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərin həyata keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyi hədəfləyir.

Ətraflı məlumat: m10.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv