Cevdet Yılmaz: “Siyasi sabitliyimiz iş adamlarımız üçün ən böyük təminatdır”

Cevdet Yılmaz: “Siyasi sabitliyimiz iş adamlarımız üçün ən böyük təminatdır”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Gəmi, #Heydər Əliyev, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Mərhum hörmətli Heydər Əliyevin söylədiyi və ortaq şüarımız olan “Bir millət, iki dövlət” prinsipi ilk növbədə ticarət, iqtisadi əlaqələrimiz olmaqla, hər cür irəliləyişin ruhunu, metodunu əks etdirməkdədir”.

presstvaz xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz II Azərbaycan-Türkiyə İnvestisiya Forumundakı çıxışında deyib.

O bildirib ki, bu gün dünyada yaşanan böhranlar bilik və təcrübə mübadiləsinin əhəmiyyətini də bizə göstərir:

“Birliyimizin verdiyi imkanlarla ortaq fəaliyyətlərimizi gücləndirərək davam etdirmək bölgəmizin üzləşdiyi sınaqları bir fürsət kimi dəyərləndirməyimizə imkan yaradacaq.

Xalqlarımızın rifahını artırmaq naminə ticarət və iqtisadi əlaqələrimizi irəli aparmaq tarixin və mövcud əlverişli vəziyyətin bizə həvalə etdiyi bir vəzifədir. Bizə düşən bu çağırışa ən yaxşı şəkildə cavab verməkdir. Bu mənada dövlət olaraq bizlərin sizin dəyərli iş adamlarınızla eyni yolda addımladığını ifadə etmək istəyirəm. Hədəfimiz güclü Türkiyə, güclü Azərbaycan və sülhün, sabitliyin hökm sürdüyü firavan bir bölgə formalaşdırmaqdır. Siyasi sabitliyimiz sizin, dəyərli iş adamlarımız üçün ən böyük təminatdır. Hörmətli prezidentlərimizin müəyyənləşdirdiyi baxış bucağı qarşımızdakı maneələri aradan qaldıran ən güclü iradədir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv