Azərbaycanla Türkiyənin qarşılıqlı investisiyalarının ümumi həcmi 39 milyard ABŞ dolları olub

Azərbaycanla Türkiyənin qarşılıqlı investisiyalarının ümumi həcmi 39 milyard ABŞ dolları olub






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Araşdırma, #Audi, #Azərbaycan, #Dollar, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ölkəmizin iqtisadi rekordları ilə yanaşı, qardaş Azərbaycan Respublikasının da oxşar bir uğur nümayiş sərgilədiyini görürük. Azərbaycan 2024-cü ildə illik 4.1 faiz artım göstəricisi ilə ortaya qoyduğu rəqəm sayəsində regionun ən mühüm ölkələri sırasında yer almaqdadır. Bu istiqamətdə Azərbaycan ilə ikitərəfli ticarətimiz 2024-cü ildə təxminən səkkiz milyard ABŞ dolları səviyyəsinə çatıb”.

presstvaz xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Vitse-prezident deyib ki, ikitərəfli ticarətimizi dövlət başçılarımızın müəyyənləşdirdiyi 15 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək ən mühüm və prioritet hədəfdir:

“Hədəflərimizə çatmaq yolunda Azərbaycan ilə Preferensial Ticarət Sazişimizi genişləndirərək 2024-cü ildə qüvvəyə minməsini təmin etdik. Bu addımla birlikdə ikitərəfli ticarətimizi daha da irəli aparacağımıza inanırıq”.

“Bununla yanaşı, ölkələrimiz arasında Azad Ticarət Sazişinin imzalanması imkanlarını araşdırmaq məqsədilə təmaslara başlamışıq. Bu prosesi qısa müddətdə başa çatdırmaq üçün işlərimiz sürətlə davam edir.

İş adamlarımızın daha asan və əlverişli şəkildə əməkdaşlıq əlaqələrini inkişaf etdirməsi üçün Azərbaycan ilə iş birliyimiz artaraq davam edəcək. Azərbaycan ilə qarşılıqlı investisiyalarımızın ümumi həcminin 39 milyard ABŞ dolları səviyyəsinə çatması məmnunluq doğurur. Bu məbləğin 18 milyard ABŞ dolları Azərbaycandakı investisiyalarımıza, təxminən 21 milyard ABŞ dolları isə Azərbaycanın ölkəmizdəki investisiyalarına aiddir. İnvestisiyaların qarşılıqlı şəkildə artırılması iki ölkə iqtisadiyyatına birbaşa töhfə verən ən önəmli alətlərimizdən biridir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv