Rusiyanın Polşada fəaliyyət göstərən sonuncu konsulluğu da bağlandı

Rusiyanın Polşada fəaliyyət göstərən sonuncu konsulluğu da bağlandı






presstv

"Presstv"az #Audi, #Hakim, #Polşa, #Rusiya, #Sankt-Peterburq, #Varşava

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Polşada Qdanskda fəaliyyət göstərən sonuncu konsulluğu da bağlanıb.

presstvaz xəbər verir ki, bu barədə Rusiyanın Qdanskdakı baş konsulu Sergey Semenov sosial şəbəkə hesabında məlumat verib.

“Təəssüf hissi ilə bildiririk ki, Polşa hakimiyyətinin qərarı ilə Qdanskdakı Rusiya Baş Konsulluğunun bağlandığını elan etmək məcburiyyətindəyik”, – deyə diplomat qeyd edib.

O qeyd edib ki, bütün konsulluq məsələləri ilə bağlı Varşavadakı Rusiya səfirliyinin müvafiq şöbəsi məşğul olacaq.

Qeyd edək ki, noyabrın 19-da Polşanın xarici işlər naziri Radoslav Sikorski Qdanskda fəaliyyət göstərən Rusiya Baş Konsulluğunun dekabrın 23-dən bağlanacağı barədə məlumat vermişdi. Buna cavab olaraq, Moskva dekabrın 30-dan etibarən İrkutskdakı Polşa Baş Konsulluğunu qapatmaq qərarına gəlib. Daha əvvəl Polşa hakimiyyəti Poznan və Krakovdakı Rusiya konsulluqlarını bağlamışdı. Qarşılığında Rusiya Sankt-Peterburq və Kalininqraddakı Polşa konsulluqlarının fəaliyyətini dayandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv