Britaniya bazasını ABŞ-nin nüvə silahı üçün yararsız hesab etdilər

Britaniya bazasını ABŞ-nin nüvə silahı üçün yararsız hesab etdilər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Hərbi Hava Qüvvələri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Saffolk qraflığındakı Leykenhit Britaniya hərbi bazasının taktiki nüvə silahlarının yerləşdirilməsi üçün yararsız hesab edir.

presstvaz xəbər verir ki, bu barədə Pentaqonun sənədlərini araşdıran “Daily Mail” məlumat yayıb.

Nəşr bildirib ki, əsas komanda məntəqəsi kimi nəzərdə tutulan bina “istifadə müddətini başa vurub”. Bundan əlavə, soyutma və hava filtrasiya sistemləri məxfi məlumat mərkəzinin fəaliyyəti üçün kifayət qədər səmərəli deyil. O da qeyd olunub ki, ABŞ-nin Leykenhit bazasını rədd etməsinin səbəblərindən biri Amerikanın nüvə əməliyyatının bəzi iştirakçılarının “Armagedona bənzər ssenarinin” baş verəcəyi təqdirdə tualetdən operativ istifadə edə bilməyəcəyi olub.

ABŞ Müdafiə Nazirliyinin planına görə, 2031-ci ilə qədər bazanın modernləşdirilməsinə 264 milyon dollar xərclənəcək. Ən azı, xeyli bina və tikili sökülməsi, həmçinin möhkəmləndirilmiş kəşfiyyat qurğularının yaradılması və ərazini düşmənin elektron impuls hücumlarından qorunması nəzərdə tutulur.

Leykenhit Hərbi Hava Qüvvələri bazası 1949-cu ildən nüvə silahlarını saxlamaq üçün istifadə olunur. Lakin silahlar 18 il əvvəl oradan çıxarılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv