Mənzildə huşsuz halda tapılan şəxslərin vəziyyəti açıqlandı

Mənzildə huşsuz halda tapılan şəxslərin vəziyyəti açıqlandı






presstv

"Presstv"az #Abşeron Rayon Mərkəzi Xəstəxanası, #Abşeron rayonu, #Audi, #Kliniki Tibbi Mərkəz, #Məhəmməd Əmin Rəsulzadə, #Təcili Tibbi Yardım, #Xırdalan şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron rayonu, Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında huşsuz vəziyyətdə aşkar edilən şəxslərin vəziyyəti açıqlanıb.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) və Kliniki Tibbi Mərkəzindən (KTM) presstvaz-a verilən məlumata görə, dekabrın 21-də saat 20:50-də üç nəfər (iki qadın, bir kişi) Abşeron RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Dəm qazının toksik zəhərləri diaqnozu təyin edilən şəxslərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün KTM-in Toksikologiya şöbəsinə təxliyə olunublar.

Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1940-cı il təvəllüdlü şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır.

1979 və 2013-cü il təvəllüdlü şəxslərin vəziyyətləri isə qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv