Danimarkadan Trampın Qrenlandiyaya nümayəndə təyin etməsinə REAKSİYA

Danimarkadan Trampın Qrenlandiyaya nümayəndə təyin etməsinə REAKSİYA






presstv

"Presstv"az #ABŞ, #Audi, #Danimarka, #Donald Tramp, #Qrenlandiya, #Xarici İşlər Nazirliyi (XİN), #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın Luiziana qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etməsinə Danimarka Xarici İşlər Nazirliyi (XİN) münasibət bildirib.

presstvaz xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Danimarka xarici işlər naziri Lars Lekke Rasmussen bildirib ki, hər kəs Danimarkanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır:

“Biz təkid edirik ki, hər kəs, o cümlədən ABŞ, Danimarka Krallığının ərazi bütövlüyünə hörmət etməlidir”.

XİN rəhbəri ABŞ-nin Qrenlandiya üzrə xüsusi nümayəndə təyin edilməsini “ABŞ-nin adaya olan davamlı marağının təsdiqi” adlandırıb.

Nazir bu məsələni müzakirə etmək üçün ABŞ səfirinin XİN-ə çağırılacağını da bəyan edib.

Luiziana ştatının qubernatoru Ceff Lendri ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin edilib.

presstvaz xəbər verir ki, bu barədə Lendri sosial media səhifəsində məlumat yayıb.

Qubernator sözügedən posta təyin olunduğuna görə Trampa təşəkkürünü bildirib və ölkəsinin Qrenlandiyanı əldə etmək niyyətini təsdiqləyib.

Eyni zamanda, Lendri yeni təyinatının onun qubernator kimi işinə heç bir şəkildə təsir etməyəcəyini də vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv