Rob Reynerin oğluna şizofreniya diaqnozu qoyulub – yeni detallar üzə çıxdı

Rob Reynerin oğluna şizofreniya diaqnozu qoyulub – yeni detallar üzə çıxdı






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Hadisə, #Həkim, #Los-Anceles, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı tanınmış rejissor Rob Reyner və həyat yoldaşı Mişel Singerin qətlində ittiham olunan oğlu Nik Reynerə şizofreniya diaqnozu qoyulduğu açıqlanıb.

presstvaz-ın TMZ-yə istinadən verdiyi məlumata görə, 32 yaşlı Nik Reyner uzun müddət psixiatrik nəzarət altında olub və mütəmadi olaraq dərman qəbul edib. Bildirilir ki, hadisədən təxminən üç-dörd həftə əvvəl onun müalicə sxemi dəyişdirilib. Bundan sonra isə Reynerin psixi vəziyyətinin ciddi şəkildə pisləşdiyi iddia olunur. Həkimlər dərmanların dozasını yenidən tənzimləsələr də, bu müdaxilələr müsbət nəticə verməyib.

Məlumata görə, Nik Reyner 15-19 yaşları arasında dəfələrlə reabilitasiya mərkəzlərində müalicə alıb və ümumilikdə 18 müxtəlif müəssisədə olub.

Onun asılılıqları və qeyri-sabit psixoloji durumu valideynləri ilə münasibətlərinə də mənfi təsir göstərib. Ailə daxilində tez-tez münaqişələr yaşanıb. Mənbələr bildirir ki, Rob Reyner yaxın dostları ilə söhbətlərində oğlunun ruhi sağlamlığının sürətlə pisləşməsindən və bunun doğura biləcəyi ağır nəticələrdən narahatlığını gizlətməyib.

Xatırladaq ki, rejissor Rob Reyner və həyat yoldaşı, fotoqraf Mişel Singerin meyitləri Los-Ancelesdə yerləşən evlərində aşkar edilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv