Körpə masajına dair təlimatlar, Klintonun cakuzidə fotosu: “Epşteyn işi”ndə YENİ DETALLAR

Körpə masajına dair təlimatlar, Klintonun cakuzidə fotosu: “Epşteyn işi”ndə YENİ DETALLAR






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Ədliyyə Nazirliyi, #Kitab, #Körpə, #Məhkum, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Ədliyyə Nazirliyi insan alveri və cinsi istismar ittihamları üzrə cəzalandırılmış maliyyəçi Cefri Epşteynə dair bəzi sənədləri dərc edib. Materiallar arasında ABŞ-nin “Amazon” marketpleysindən erotik köləlik mövzusunda kitabların sifarişi barədə qəbzlər, həmçinin körpə masajı üzrə təlimatlar da yer alıb.

presstvaz xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Fayllardan birində Epşteyn adına sifariş edilmiş üç kitabın qəbzinin surəti var. Sifariş siyahısında erotik köləlik və kölələrin təlimi haqqında nəşrlər göstərilir:

  • “Erotik köləliyin yol xəritələri: prinsiplər, bacarıqlar və alətlər”;

  • “Miss Abernati ilə təlim: erotik kölələr və ağalar üçün iş dəftəri”;

  • “Realistik giriş”.

Başqa sənəddə körpə masajı üzrə təlimatların yer aldığı bildirilir.

ABŞ baş prokurorunun müavini Todd Blanş “Fox News”a açıqlamasında bildirib ki, materialların tam şəkildə dərc edilməsi bir neçə həftə çəkə bilər. Onun sözlərinə görə, qurum yaxın vaxtlarda Epşteynin bütün istintaqları ilə bağlı fotoşəkillər və digər sənədlər də daxil olmaqla, müxtəlif formatlarda yüz minlərlə material yayımlamağı planlaşdırır.

“Fox News”un məlumatında bildirilir ki, sənədlərdə ondan çox siyasi əhəmiyyətli şəxsin, həmçinin hazırkı və keçmiş hökumət məmurlarının adları keçir. Blanş qeyd edib ki, istintaq çərçivəsində Ədliyyə Nazirliyi 1200-dən çox potensial qurbanı və onların ailə üzvlərini müəyyən edib. Həmin şəxslərin hüquqlarını pozmadan hansı materialların dərc olunmasının mümkün olması barədə qurum daha əvvəl Konqresə məktub göndərib.

Yayımlanan materiallar arasında ABŞ-nin keçmiş prezidenti Bill Klintonun hovuz və cakuzi məkanında çəkildiyi bildirilən fotolar da qeyd olunub. Şəkillərdə keçmiş prezidentin isti vannada istirahət etdiyi, bəzi kadrlarda isə yanında başqa şəxslərin göründüyü iddia edilir. Həmçinin maliyyəçinin tərəfdaşı hesab edilən Qisleyn Maksvell və müxtəlif qadınların da görüntülərdə yer aldığı görünür.

Materiallarda eyni zamanda Maykl Cekson, Qisleyn Maksvell, insan alverinə görə məhkum edilmiş Mik Caqqer və Epşteynin özü ilə bağlı foto və sənədlərin olduğu da qeyd olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv