Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb”

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb”






presstv

"Presstv"az #Audi, #Hadisə, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfatı ilə bağlı məlumatlar reallığı əks etdirməyib.

presstvaz bildirir ki, “EGE Hospital”ın icraçı direktoru Rafael Əliyev  verdiyi açıqlamada yayılan məlumatları təkzib edib.

O qeyd edib ki, Tünzalə Sultanova “EGE Hospital”da müalicə almayıb:

“Tünzalə Sultanova adlı şəxsin bizim hospitalda vəfat etdiyi bildirilir, lakin bu məlumat tamamilə yanlışdır. Qeyd olunan şəxs nə xəstəxanamızda müalicə alıb, nə də ki, orada vəfat edib”.\oxu.az/

Sosial şəbəkə hesablarında Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfat etməsi ilə bağlı yayılan məlumatların yalan olduğu üzə çıxıb.

presstvaz  bildirir ki, bu barədə   bloqerin reklam siması olduğu geyim mağazası məlumat verib.

Mağazadan verilən məlumata görə, Tünzalə Sultanovanın ölüm xəbəri yalandır, həqiqəti əks etdirmir:

“Ölümü ilə bağlı məlumatları yalandan yayıblar. Belə bir hadisə olmayıb”.

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfat etdiyi iddia olunur.

presstvaz xəbər verir ki, sosial mediada edilən paylaşımlarda Tünzalə Sultanovanın boğaz nahiyəsində zob aşkar edildiyi və bundan sonra tibbi müayinələr zamanı onun bədxassəli şiş olduğu müəyyən olunub.

Ötən gün onun əməliyyat edildiyi və vəziyyəti ağırlaşaraq komaya düşdüyü qeyd edilib.

Lakin bu gün sosial şəbəkə edilən paylaşımlarda onun “EGE Hospital”da vəfat etdiyi iddia olunub.

Məlumatı dəqiqləşdirmək üçün klinikanın nömrələri ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: Bizdə nə müalicə alıb, nə də ölüb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv