Silahlı hücuma məruz qalan türkiyəli futbolçu ÖLDÜ

Silahlı hücuma məruz qalan türkiyəli futbolçu ÖLDÜ






presstv

"Presstv"az #Audi, #Futbol, #Haber Global, #Hadisə, #Silahlı hücum, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Kocaeli vilayətində silahlı hücuma məruz qalan “Sultanbeyli Belediyespor” klubunun futbolçusu Uğurcan Bekçi həyatını itirib.

Bu barədə presstvaz “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, dekabrın 17-də baş verən hadisə zamanı yaralanaraq xəstəxanaya yerləşdirilən futbolçu üç gün sonra ölüb.

Qeyd edək ki, dekabrın 17-də Ömer Türkçakal Bulvarında hələlik məlum olmayan səbəbdən iki qrup arasında mübahisə yaranıb. Daha sonra mübahisə silahlı davaya çevrilib, 27 yaşlı futbolçu Uğurcan Bekçi, həmçinin 27 yaş və 31 yaşlarında daha iki şəxs silahla vurulublar. Onların hər üçü yaralanıb. Atışmada Uğurcan Bekçinin ayağından yara aldığı və vəziyyətinin ağır olduğu, əməliyyata ehtiyacı olduğu bildirilib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Daha əvvəl “Kağıtspor”, “Körfez Spor Kulübü”, “Belediye Derincespor”, “24 Erzincanspor”, “Ankara Keçiörengücü” kimi komandalarda oynamış, ən son III Liqada “Sultanbəyli Belediyespor”da forma geyən 27 yaşlı cinah oyunçusu Uğurcan Bekçinin vəziyyəti ağırlaşıb. Lakin bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı iki nəfər həbs olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv