Göz məşqləri görmə qabiliyyətini bərpa edə bilərmi?

Göz məşqləri görmə qabiliyyətini bərpa edə bilərmi?






presstv

"Presstv"az #Audi, #Həkim, #Kazan, #Kitab, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çoxları göz üçün gimnastikanın görmə qabiliyyətini bərpa edə biləcəyinə inansa da, əslində mütəxəssislər bunun doğru fikir olmadığını bildirirlər.

presstvaz Gazeta.ru-ya istinadla xəbər verir ki, Rusiya Piroqov Universitetinin Nesterov adına Oftalmologiya kafedrasının dosenti Angelina Kazantseva belə məşqlərin görmə qabiliyyətinin itməsinə səbəb olan amilləri aradan qaldırmadığını bildirib.

“Görmə ilə bağlı bütün əsas problemlər – uzağı görməmə (miopiya), yaxını görməmə (hiperopiya), astiqmatizm – gözün anatomiyası ilə əlaqəlidir. Göz – məşq vasitəsilə arzu olunan formaya qədər inkişaf etdirilə biləcək əzələ deyil, buna görə də onun optik vəziyyətini dəyişdirmək qeyri-mümkündür. Çünki məşqlə gözü cavanlaşdırmaq olmaz”, – deyə həkim izah edib.

Üstəlik, göz məşqi hətta təhlükəli də ola bilər, çünki bəzən insanlar gimnastikanın möcüzəvi təsirinə güvənərək həkimə getməyi təxirə salırlar ki, bu da vəziyyəti daha da ağırlaşdırır.

Bununla belə, A.Kazantseva qeyd edib ki, göz üçün məşqlərin müalicəvi deyil, astenopiya (göz yorğunluğu) simptomlarının qarşısının alınmasında və aradan qaldırılmasında rolu ola bilər. Uzun müddət yaxın obyektlərə (ekran və ya kitab) baxdığımız zaman göz xarici və göz daxili əzələlər daim gərgin vəziyyətdə olur. Bu, narahatlıq, baş ağrısı, gözdə qıcıqlanma hissi və bulanıq görmə ilə nəticələnə bilər. Əksər göz məşqləri qan dövranını yaxşılaşdırmağa, quru göz sindromunun qarşısını almağa və akkomodasiya spazmını (“yalançı miopiya”) aradan qaldırmağa kömək edir.

Həkimin sözlərinə görə, ən təsirli göz istirahəti uzağa, məsələn, pəncərədən çölə baxmaqdır.

Mütəxəssis gözlə bağlı ciddi diaqnozu olanlara (yüksək miopiya, torlu qişanın zədələnməsi, qlaukoma) intensiv məşqlərə başlamazdan əvvəl həkimə müraciət etməyi məsləhət görüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv