ABŞ-də Rusiya səfirliyinin qarşısındakı “casus evi” satışa çıxarılıb

ABŞ-də Rusiya səfirliyinin qarşısındakı “casus evi” satışa çıxarılıb






presstv

"Presstv"az #Ailə, #Audi, #Demensiya, #Dollar, #Rusiya, #Təmir işləri, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vaşinqtonda Rusiya səfirliyinin qarşısında yerləşən ev 3.85 milyon dollara satışa çıxarılıb.

presstvaz xəbər verir ki, bu barədə yazan “The Washington Post” nəşri həmin villanı “casus evi” adlandırıb.

Məlumata görə, həmin ev 1935-ci ildə inşa edilib və uzun illər italyalı miqrant ailəsi və onların qohumlarının olub. Qəzet yazır ki, 1980-ci illərin sonlarında bina icarəyə verilib.

2023-cü ildə yerli “Washingtonian” nəşri ərazidəki qonşuların dediklərinə istinadən xəbər yayıb ki, ev 1990-cı ildən başlayaraq onilliklər ərzində Federal Təhqiqatlar Bürosu tərəfindən Rusiya səfirliyini izləmək üçün istifadə olunub. Yerli sakinlər diplomatik missiyaya yönəlmiş tündləşdirilmiş pəncərələrdən kameraları görüblər.

Bina son 10 ildə boş olub. Əvvəlki sahibləri əvvəlcə villanı demensiya xəstələrinin yerləşdirildiyi müəssisəsinə çevirməyi planlaşdırsalar da, sonra onu satışa çıxarıblar.

2024-cü ildə “casus evi” əmlak tikinti şirkəti tərəfindən satın alınıb. Evdə təmir işləri başlayıb və içəridə hər şey yenidən qurulub. Villanın “casus” keçmişinə aid işarələr də var: birinci mərtəbədə vanna otağı pilləkənlərin altında gizlədilib və çərçivəyə salınmış rəsmin üzərinə basmaqla ora daxil olmaq mümkündür.

Qeyd olunur ki, hazırda satışa çıxarılan evin əvvəllər “casus yuvası” olması potensial alıcıları cəlb edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv