Damarları daraldır, infarkt riskini artırır – Azərbaycanda da qadağan edilir

Damarları daraldır, infarkt riskini artırır – Azərbaycanda da qadağan edilir






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Azərbaycan, #Bakteriya, #Böyük Britaniy, #Böyük Britaniya, #Elektron siqaret, #Həkim, #İngiltərə, #İqtisadi siyasət, #Milli Məclis, #Rusiya, #Sağlamlıq, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tədqiqatlar göstərir ki, elektron siqaretlər və “vaping” cihazları ürək-damar və beyin sağlamlığı üçün ciddi risklər daşıyır.

presstvaz xəbər verir ki, ABŞ və Böyük Britaniya alimlərinin araşdırmalarına görə elektron siqaret istifadəçiləri infarkt və insult riski altında olurlar, xüsusilə də əvvəllər adi siqaret çəkmiş şəxslər üçün bu təhlükə daha yüksəkdir.

Bir neçə müşahidəçi tədqiqatın meta-analizində qeyd edilib ki, elektron siqaret istifadəçiləri ürək tutması riski ilə 1,5 dəfə, insult riski ilə isə təxminən 5% daha yüksək risk daşıyır. Əgər şəxs əvvəllər adi siqaret çəkib və sonra veypə keçibsə, infarkt riski iki dəfə, insult riski isə 73% artır. Bu nəticələr keçmiş siqaret vərdişləri nəzərə alınaraq əldə edilib.

Alimlər bildirirlər ki, veypinq damarların elastikliyini azaldaraq qan dövranına mənfi təsir göstərir. Bunun nəticəsində ürək-damar sistemi daha çox yüklənir və qan axını çətinləşir. Eyni zamanda, qan damarlarında iltihaba səbəb ola bilər ki, bu da zamanla damarların, əzələlərin və orqanların normal işləməsini çətinləşdirir.

İngiltərədə aparılmış tədqiqatlar göstərib ki, gənc veyp istifadəçiləri gələcəkdə spirt və digər narkotik maddələrdən istifadə etməyə daha meyilli olurlar. Təxminən 500 min 18 yaşdan aşağı gənc UK-də müntəzəm vaping istifadəçisidir.

Ekspertlər, xüsusilə yeniyetmələr üçün, elektron siqaretlərin beyin inkişafına mənfi təsir göstərdiyini vurğulayır. Nikotin beynin diqqət, öyrənmə, əhval və impuls nəzarəti ilə bağlı hissələrinə zərər verə bilər.

Bundan əlavə, diş sağlamlığı da risk altındadır: vaping ağız quruluğuna, bakteriyaların çoxalmasına və diş çürüməsinə səbəb ola bilər.

Veyplər süd vəzi xərçəngi riskini artıra bilər. Bu barədə rusiyalı onkoloq və mammoloq Maqomed Sulimanov məlumat verib. Həkimin sözlərinə görə eyplər düşündüyümüz qədər zərərsiz deyil. Onlar xüsusilə gənc qadınlar üçün ciddi sağlamlıq riskləri yarada bilər.

“Veyplərdə olan qliserin və dadlandırıcı maddələr qızdırıldıqda zərərli maddələrə çevrilir. Bu maddələr arasında formaldehid, asetaldehid və akrolein var. Onlar orqanizm üçün çox təhlükəlidir və xərçəng riskini yüksəldir”, – onkoloq deyib.

Ümumilikdə, elektron siqaretlər siqaretə nisbətən daha az toksik olsa da, tamamilə təhlükəsiz deyil. Onlar ürək-damar xəstəlikləri, ağciyər xəstəlikləri, beyin inkişafının zəifləməsi və asılılıq kimi ciddi riskləri artırır. Həkimlər, xüsusilə yeniyetmələrin veypinqdən uzaq durmasını tövsiyə edir.

Yəni, elektron siqaretlər qısa müddətli zərərsiz görünə bilər, amma uzunmüddətli sağlamlıq təsirləri hələ də ciddi narahatlıq doğurur və onları tam təhlükəsiz alternativ hesab etmək olmaz.

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin və onların tərkib hissələrinin idxalı, ixracı, istehsalı, saxlanılması, həm topdan, həm də pərakəndə satışı, eləcə də istifadəsi qadağan edilə bilər. Bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna yeni maddənin əlavə olunması təklif olunur və dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv