Xəzərə buraxılan balıqların sayı açıqlandı

Xəzərə buraxılan balıqların sayı açıqlandı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Kənd Təsərrüfatı Nazirliyi, #Körpə, #Nazirlər Kabineti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanın balıq ehtiyatlarının bərpası və davamlılığının təmin edilməsi məqsədilə daxili su hövzələrində hər il təxminən 6-12 milyon, eyni zamanda, Xəzərə 11-23 milyon ədəd körpə balığın buraxılışına ehtiyac var”.

presstvaz xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Balıqçılıq və Akvakultura Mərkəzi”nin direktoru Ceyhun Əliyev bildirib.

Onun sözlərinə görə, 2026-cı il üzrə ov kvotalarının müəyyən edilməsi məqsədilə ekspedisiyanın nəticəsi əsasında tərtib edilmiş hesabatlar təhlil edilərək və AMEA Zoologiya İnstitutunun rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib:

“2025-ci il ərzində ümumi su hövzələrinin bioloji ehtiyatlarının artırılması məqsədilə dövlət və özəl tərəfdaşlığı çərçivəsində müvafiq tədbirlər həyata keçirilib və təbii mühitə müxtəlif növ balıq buraxılışları təmin olunub. Belə ki, il ərzində təbii mühitə 343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb.

2026-28-ci illər üçün əsas hədəflər və planlaşdırılan tədbirlər çərçivəsində isə mövcud balıqartırma müəssisələrinin istehsal gücünün artırılması nəzərdə tutulur. Planlanan tədbirlərin nəticəsi olaraq illik körpə nərəcinsli balıq buraxılışının bir milyon ədədə çatdırılması hədəflənir. Həmçinin proqnoz göstəricilərinə əsasən, gələn il bir milyon ədəd kütüm (Rutilus kutum), 2 000 000 ədəd çəkikimilər (Cypriniformes) buraxılışı nəzərdə tutulur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv