Qeyri-neft məhsullarının ixracında Rusiya və Türkiyə liderliyini qoruyurlar

Qeyri-neft məhsullarının ixracında Rusiya və Türkiyə liderliyini qoruyurlar






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Azərbaycan, #Dollar, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın qeyri-neft məhsullarının ixracı 3 milyard 317 milyon 33.79 min ABŞ dolları təşkil edib.

presstvaz rəsmi statistikaya istinadən xəbər verir ki, qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkə Rusiya olub. Bu ölkəyə ixracın həcmi 1 milyard 78 milyon 687.47 min ABŞ dolları təşkil edib ki, bu da ümumi qeyri-neft ixracının 32.52 faizinə bərabərdir. Türkiyə isə 546 milyon 138.92 min ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb və ümumi ixracda payı 16.46 faiz olub.

Bu dövrdə ixracın əsas hissəsi bir neçə ölkənin payına düşüb.

Qeyri-neft məhsullarının ixracında Rusiya və Türkiyə liderliyini qoruyurlar

Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycanın qeyri-neft məhsullarının ixracı 3 milyard 90 milyon 619.14 min dollar olub. Həmin dövrdə də əsas ixrac bazarı Rusiya idi. Bu ölkəyə ixrac 1 milyard 67 milyon 906.86 min ABŞ dolları təşkil etmiş və ümumi ixracın 34.55 faizini formalaşdırmışdı. Türkiyəyə ixrac isə 507 milyon 130.85 min ABŞ dolları olub və payı 16.41 faiz səviyyəsində qeydə alınmışdı.

Qeyri-neft məhsullarının ixracında Rusiya və Türkiyə liderliyini qoruyurlar

Göstəricilərdən göründüyü kimi, 2025-ci ildə qeyri-neft ixracının ümumi həcmi artsa da, Rusiya bazarının payında nisbi azalma, Türkiyə bazarında isə cüzi artım müşahidə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv