ABŞ-də sərnişin uçuş zamanı təyyarənin qapısını açmağa cəhd edib

ABŞ-də sərnişin uçuş zamanı təyyarənin qapısını açmağa cəhd edib






presstv

"Presstv"az #ABŞ, #Alyaska, #Audi, #Hadisə, #Həkim, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də sərnişin təxminən 5 500 metr yüksəklikdə uçan təyyarənin qapısını açmağa cəhd göstərib.

presstvaz ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 10-da Alyaskanın Dedxors şəhərindən Ankoricə uçan “Alaska Airlines”ın təyyarəsində baş verib.

Hallüsinasiya vəziyyətində olan Kassian Uilyam Frederiks adlı sərnişin dəfələrlə təyyarənin arxa qapısını açmağa çalışıb. Şahidlərin sözlərinə görə, uçuş vaxtı o, özünü qeyri-adekvat aparıb və narahatedici ifadələr işlədib. Pəncərəni necə sındıra biləcəyini soruşub və ətrafdakılara həddindən artıq içki qəbul etdiyini deyib. Daha sonra dərman qəbul edib və davranışı bir az da pisləşib. Sərnişinlərdən üç nəfər K.Frederiksi tutub saxlayaraq, uçuşun sonuna qədər buraxmayıblar. Ekipaj təcili eniş etmək istəsə də, pilotlar uçuşu davam etdirmək qərarına gəliblər.

Təyyarə eniş edəndən sonra K.Frederiks xəstəxanaya aparılıb və həkimlərə 9-10 gündən bəri spirtli içki qəbul etdiyini deyib. Eyni zamanda, trazodon adlı dərmanı qəbul etdiyini və ömrünün son iki ilini xatırlamadığını bildirib. K.Frederiksə qarşı heyət üzvlərinin işinə müdaxilə ilə bağlı ittiham irəli sürülüb. Onu uzunmüddətli həbs cəzası gözləyir. Eyni zamanda, şirkət sərnişinə “Alaska Airlines” xidmətindən istifadəyə qadağa qoyub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv