Fransa polisi ölkənin mədəniyyət nazirinin mənzillərində və ofisində axtarışlar aparıb

Fransa polisi ölkənin mədəniyyət nazirinin mənzillərində və ofisində axtarışlar aparıb






presstv

"Presstv"az #Audi, #Avropa, #Avto, #Fransa, #Niderland, #Paris, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa polisi korrupsiya işi üzrə aparılan istintaq çərçivəsində respublikanın mədəniyyət naziri Raşida Datinin mənzillərində və ofisində, həmçinin Parisin 7-ci dairəsinin meriyasında axtarışlar aparıb.

presstvaz xəbər verir ki, bu barədə “Nouvel Obs” jurnalı Fransanın Milli Maliyyə Prokurorluğuna (PNF) istinadən məlumat yayıb.

İstintaq 2025-ci il oktyabrın 14-də “aktiv və passiv korrupsiya, nüfuzdan sui-istifadə, dövlət vəsaitlərinin mənimsənilməsi” faktları üzrə başlanıb. İstintaqın versiyasına görə, Dati 2009-2019-cu illərdə Avropa Parlamentinin deputatı olduğu dövrdə “GDF Suez” şirkətindən 299 min avro məbləğində “qonorar” alıb, lakin bu vəsaitin əldə olunması barədə Avropa Parlamentinə bəyannamə təqdim etməyib.

Qeyd olunur ki, 2021-ci ildə Datinin barəsində daha bir korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə işi açılıb. Bu iş onun 2009-2011-ci illərdə “Renault-Nissan” avtomobil konserninin ovaxtkı rəhbəri Karlos Qona göstərdiyi məsləhət xidmətləri ilə bağlıdır.

İstintaqın versiyasına görə, bu xidmətlərə görə o, “Renault-Nissan” alyansının Niderland filialı vasitəsilə 900 min avro alıb. Müstəntiqlər hesab edirlər ki, o, faktiki olaraq məsləhət fəaliyyəti ilə məşğul olmayıb, əksinə, şirkətin maraqlarını “milli və Avropa siyasi liderləri arasında” lobbiləşdirib. Bu iş üzrə məhkəmə dinləmələrinin 2026-cı ilin sentyabrına planlaşdırıldığı bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv