Rusiya-Ukrayna müharibəsinin görünməyən sonu: Praktik sülh, yoxsa dondurulmuş münaqişə?

Rusiya-Ukrayna müharibəsinin görünməyən sonu: Praktik sülh, yoxsa dondurulmuş münaqişə?






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #ABŞ, #Almaniya, #Audi, #Avropa, #Azərbaycan, #Dondurma, #Ermənistan, #Gürcüstan, #İlham Əliyev, #Kiyev, #Müharibə, #Münaqişə, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Silahlı münaqişə, #Ukrayna, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya-Ukrayna müharibəsi bütün diplomatik səylərə baxmayaraq dayanmır. İndiyədək aparılan danışıqlar ciddi nəticə verməsə də, tərəflər ən azı atəşkəsə nail olmaq üçün cəhdlərini davam etdirirlər.

Bu arada Almaniya kansleri Fridrix Merts Ukrayna ilə bağlı aparılan beynəlxalq danışıqların bəzi təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, ABŞ, Rusiya, Ukrayna və Avropa nümayəndələri Ukraynanın şərqində demilitarizasiya olunmuş zonanın yaradılması imkanını müzakirə edirlər. Merts belə bir zonanın münaqişə tərəflərini bir-birindən uzaqlaşdırmaq baxımından faydalı ola biləcəyini deyib və bunun xüsusi iqtisadi zona ilə qarışdırılmamalı olduğunu vurğulayıb.

O, həmçinin qeyd edib ki, söhbət hələlik yalnız gələcək planlardan gedir. Eyni zamanda, gələn həftə ABŞ-nin Florida ştatının Mayami şəhərində RF və ABŞ nümayəndə heyətlərinin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr aparacağı gözlənilir. Görüşdə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşnerin iştirakı nəzərdə tutulur.

Demilitarizasiya olunmuş zona nədir?

Almaniya kanslerinin açıqlaması göstərir ki, Ukrayna münaqişəsi üzrə müzakirələr artıq yalnız hərbi deyil, post-münaqişə təhlükəsizlik arxitekturası müstəvisinə keçməyə başlayıb. Şərqdə demilitarizasiya olunmuş zonanın yaradılması ideyası ilk növbədə tərəflər arasında birbaşa hərbi təmas riskini azaltmağa hesablanıb. Bu, klassik “bufer zona” yanaşmasıdır və eskalasiyanın qarşısını almaq üçün nəzəri baxımdan məntiqlidir. Lakin burada əsas sual mexanizmlərlə bağlıdır. Yəni bu zonaya kim nəzarət edəcək, təhlükəsizlik zəmanətləri necə təmin olunacaq və razılaşmalar pozularsa, sanksiya mexanizmləri necə işləyəcək? ABŞ, Rusiya, Ukrayna və Avropanın eyni masa arxasında müzakirələr aparması format baxımından müsbət siqnaldır. Amma maraqların kəskin fərqləndiyi şəraitdə razılığa gəlmək son dərəcə çətindir. Bununla yanaşı, Mertsin xüsusi vurğuladığı məqam – bunun “xüsusi iqtisadi zona” olmaması Almaniyanın Ukraynanın ərazi bütövlüyü məsələsində ehtiyatlı və hüquqi mövqedən çıxış etdiyini göstərir. Yəni söhbət siyasi kompromisdən yox, təhlükəsizlik tədbirindən gedir. Bununla belə, kanslerin də dediyi kimi, bu hələ uzaq perspektivdir, real irəliləyiş üçün əvvəlcə döyüş meydanında və diplomatik masada ciddi dəyişikliklər baş verməlidir.

Lakin bu proses nəzəri cəhətdən mümkün olsa da, praktiki cəhətdən çətindir. Məsələn, tarixdə bununla bağlı analoji nümunələr var. İstər Koreya yarımadası, istər Kipr, istərsə də Balkanlarda “Demilitarizasiya olunmuş zona” amilinə rast gəlmək olar. Hərbisizləşdirilmə prosesi əslində eskalasiyanı dondurmaq və atəşkəsi qorumaq üçün texniki baxımdan işlək mexanizmdir. Lakin ABŞ ilə Avropa faktorunun prosesdə olması Rusiyaya təzyiq və nəzarət imkanlarını artırır. Üstəlik, tərəflərin bir-birinə etimadının olmaması, razılaşmaların pozulması riskini yüksəldir. Həmçinin, zonaya kimin nəzarət etməsi, formatın necə olması da sual doğurur. Çünki problemin əsas mənbəyi məhz bu günə qədər münasibətlərdə irəliləyişə imkan verməyib. Kiyev ərazi itkisi ilə barışmır, Moskva isə ələ keçirdiyi zonaları geri vermək və Qərbin təsirinin yenidən artmasını istəmir. Bu baxımdan, indiki mərhələdə bu, real razılaşmadan daha çox diplomatik manevr və gələcək üçün ehtiyat plan təsiri bağışlayır. Reallıq isə ondan ibarətdir ki, münaqişə ya aşağı intensivlik mərhələsinə keçəcək, ya da faktiki olaraq dondurulacaq. Bu halda cəbhə xətti müvəqqəti sərhəd kimi formalaşa bilər, amma hüquqi tanınma olmayacaq. Ukrayna ərazilərdən de-yure imtina etməyəcək, Rusiya isə onları de-fakto qaytarmayacaq. Bu ziddiyyət isə illərlə davam edə bilər. Qərb, xüsusən ABŞ və Avropa üçün əsas hədəf Ukraynanın məğlub olmaması, Rusiya üçün isə strateji məğlubiyyətə uğramamaqdır.

Yuxarıda qeyd etdiyimiz kimi, Zelenski və Putin də ərazi məsələsində güzəştə getməyəcəklərini bildirirlər. Məhz bu iki amil müharibəni nə bitirir, nə də tam genişləndirir. Belə olan halda isə kimin qalib gələcəyi yox, kimin nə qədər tab gətirəcəyi sualı daha çox yerinə düşür.

Dondurulmuş münaqişə nədir?

Dondurulmuş münaqişə aktiv silahlı münaqişənin sona çatdığı, lakin heç bir rəsmi sülh müqaviləsinin və ya digər siyasi çərçivənin münaqişəni qane edəcək şəkildə həll etmədiyi bir vəziyyətdir. Ona görə də hüquqi baxımdan münaqişə hər an yenidən başlaya bilər, qeyri-təhlükəsizlik və qeyri-sabitlik mühiti yarada bilər. Buna nümunə kimi, Koreya yarımadasını, Kipr adasını, Abxaziya və Cənubi Osetiyanı, Dnestryanı bölgəni, eləcə də Qarabağ müharibəsindən sonrakı durumu göstərə bilərik. Belə ki, bu qarşıdurmalarda müharibə rəsmi olaraq sülhlə bitməsə də, yalnız atəşkəs olmaqla demilitarizasiya olunmuş zona yaradılıb. Tərəflər bir-birini tanımasa da, genişmiqyaslı müharibə yoxdur.

Azərbaycan nümunəsində status-kvonun əbədi olmaması

Sadalanan bu nümunələrin içində yalnız Qarabağ münaqişəsi həllini tapıb. 30 ilə yaxın davam edən işğal 2020-ci ilin payızında həyata keçirilən 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında reallaşan 23 saatlıq antiterror əməliyyatları ilə birdəfəlik bitdi və Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Qarabağ münaqişəsi həm də hansısa status-kvonun əbədi olmadığını göstərən nümunədir. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atandan sonra Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm olmayacaq” fikirlər dondurulmuş münaqişənin əbədi olmadığını göstərən ən bariz nümunədir.

Azərbaycanın yaratdığı təcrübədən yararlanmaq üçün isə uzunmüddətli strategiya lazımdır. Məsələn, Azərbaycan 1994-cü ildə yekunlaşan uğurlu Horadiz əməliyyatından sonra Ermənistanla atəşkəs imzaladı. Masaya sonuncu əməliyyatda isə qalib gələn tərəf kimi əyləşdi. Bundan sonra isə ölkəmiz müstəqil siyasi kursuna davam etdi.

Beləliklə, Azərbaycan həm Qarabağın Ermənistan ərazisi və ya müstəqil respublika kimi təsis edilməsinin qarşısını aldı, həm də hər keçən gün hərbi, siyasi və iqtisadi gücünü artıraraq bu gün üçün zəmin yaratdı. Nəticə isə göz qabağındandır: Zəfərimizin üzərindən beş il ötür…

Gürcüstan və Ukrayna isə hesab edirdilər ki, NATO ilə müttəfiqlik sığortadır. Ancaq proseslər sübut etdi ki, qərar vermək asan olsa da, praktikada arzuolunan nəticə əldə edilmədi. Azərbaycanın tutduğu mövqedə isə qərar vermək və icra etmək çətin idi, amma uğurlu oldu.

Ukrayna üçün oxşar və fərqli cəhətlər

Ukrayna nümunəsində faktiki cəbhə xəttinin və hüquqi tanınmanın olmaması, xarici güclərin iştirakı, tərəflərin siyasi kompromisə hazır olması oxşarlıq yaradır, prosesin nəzəri cəhətdən mümkünlüyünü gündəmə gətirir. Sual altında olan isə praktik mümkünlükdür. Çünki siyasi kompromis ərazilərin güzəştə gedilməsi demək deyil və bu da prosesin necə baş tutacağını, hansı yöndə irəliləyəcəyini sual altında saxlayır. Tarix də göstərir ki, dondurulmuş münaqişələr uzun illərlə davam edə bilər. Ukrayna üçün isə təhlükə ondan ibarətdir ki, müharibə bitsə belə, sülhün dərhal gəlməsi şübhə doğurur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv