Şirvanda ata oğlunu azadlığa buraxdırmaq istədi: Dələduzluğa məruz qaldı

Şirvanda ata oğlunu azadlığa buraxdırmaq istədi: Dələduzluğa məruz qaldı






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şirvan şəhərində oğlunu həbsdən azad etdirmək istəyən şəxs dələduzluqla üzləşib.

presstvaz “Qaynarinfo”ya istinadən xəbər verir ki, Ş.İsrafilovun oğlu narkotik istifadəsi şübhəsi ilə saxlanılıb.

Həmin vaxt Ş.İsrafilova Nicat adlı bir nəfər zəng vuraraq oğlu Ə.İsrafilovun dostu olduğunu və 1 000 manat müqabilində onun azadlığa çıxmasını təmin edəcəyini bildirib.

Ş.İsrafilov ona inanaraq 750 manat pul verib. Nicat yerdə qalan 250 manatı özü həmin məbləğin üstünə əlavə edəcəyini deyib. Lakin verdiyi vədi yerinə yetirməyib.

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Nicat saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinə Şirvan Şəhər Məhkəməsində hakim Aydan Məmmədlinin sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Nicat verilmiş ittihamla özünü təqsirli bilib. O, Ş.İsrafilovdan aldığı pulu şəxsi ehtiyaclarına xərclədiyini deyib.

Məhkəmənin hökmü ilə Nicat altı ay müddətinə azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv