Maşın almaq istəyənlərin bir milyonunu mənimsəyən avtosalon sahiblərinə ağır cəza verildi

Maşın almaq istəyənlərin bir milyonunu mənimsəyən avtosalon sahiblərinə ağır cəza verildi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #Azərbaycan, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda 14 nəfərə qarşı ümumilikdə bir milyon manatlıq dələduzluq edən avtosalon rəhbərləri Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və təqsirləndirilənlərin hər biri ayrı-ayrılıqda 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı ötən prosesdə müttəhimlərin hər birinin 9 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişdi.

Xatırladaq ki, cinayət işi üzrə 14 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və onlara ümumilikdə təxminən 1 milyon manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilib. İstintaq materiallarına əsasən təqsirləndirilənlər avtomobil satışı adı ilə vətəndaşların pullarını mənimsəməkdə ittiham olunurlar. Kamil Habilli və Fərid Cəlalova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) mühakimə ediliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv