14 nömrəli tam orta məktəbin şagirdləri saqqızdan zəhərlənməyib

14 nömrəli tam orta məktəbin şagirdləri saqqızdan zəhərlənməyib






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), #Bakı, #Nəsimi Rayonu, #Orta məktəb, #Qida məhsulları, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri 14 nömrəli tam orta məktəbdə səkkiz şagirdin zəhərlənməsi iddiası ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama verib.

Qurumdan presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu 14 saylı tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ehtimalı ilə əlaqədar AQTA tərəfindən araşdırma aparılıb.

Məlumatda qeyd olunub ki, araşdırma zamanı şagirdlərin marketdən aldıqları “Dirol” əmtəə nişanlı qarpız-yemiş aromalı saqqızı istehlak etdikdən sonra qusma, ürəkbulanma və qarınağrısı simptomlarının olduğu bildirilsə də, tibb müəssisəsi tərəfindən zəhərlənmə diaqnozunun təsdiq edilmədiyi məlum olub:

“Bildiririk ki, agentliyin əməkdaşları tərəfindən ərazidə yerləşən marketdə və 14 saylı tam orta məktəbin yeməkxanasında plandankənar yoxlama keçirilib. Baxış zamanı marketin satış vitrinində və anbarda yararlılıq müddəti bitmiş, saxlanma qaydasına əməl olunmayan saqqız məhsulları aşkarlanmayıb. “Dirol” əmtəə nişanlı saqqız məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticələrinə əsasən, həmin saqqız məhsulunda uyğunsuzluq aşkarlanmayıb”.

Sonda bildirilib ki, məktəbin yeməkxanasında aparılan yoxlama zamanı təqdim edilən qida məhsullarının saxlanma və yararlılıq müddətinə riayət edildiyi müəyyən olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv