“Ayntraxt” klubu “Qarabağ”la oyuna azarkeşsiz çıxacaq: UEFA-dan sərt qərar

“Ayntraxt” klubu “Qarabağ”la oyuna azarkeşsiz çıxacaq: UEFA-dan sərt qərar






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Avropa, #Bakı, #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA-nın (Avropa Futbol Assosiasiyaları İttifaqı) Nəzarət-Etika və İntizam Komitəsi Frankfurtun “Ayntraxt” klubunun azarkeşlərinin Çempionlar Liqasında “Qarabağ”la səfər oyununa qatılmasını qadağan etmək qərarına gəlib.

presstvaz-ın xəbərinə görə, bu barədə Komitənin saytında məlumat verilib.

UEFA əvvəlki oyunda “Ayntraxt”ın “Barselona”ya məğlubiyyətindən sonra azarkeşlərin qəzəblənərək pirotexniki vasitələrdən istifadə etmələrinə, fişənglər yandırmalarına və stadionun tualetlərini dağıtmalarına görə “Qarabağ”la Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək səfər oyunu üçün bilet satışına məhdudiyyət qoyub.

Həmçinin “Ayntraxt” 38 000 avro cərimələnib.

“Frankfurtun “Ayntraxt” klubu 30 000 avro məbləğində cərimə edilsin və ona UEFA klub turnirinin əlavə bir səfər oyunu üçün öz azarkeşlərinə bilet satması qadağan edilsin. Zərər vurduğuna görə isə “Ayntraxt”dan 8 000 avro tutulsun. “Ayntraxt”dan azarkeşlərinin qonaq sektorunun tualetlərinə vurduqları ziyanın aradan qaldırılması üçün bu qərarın bildirildiyi tarixdən etibarən 30 gün ərzində “Barselona” ilə əlaqə saxlaması tələb edilsin”, – deyə saytın məlumatında bildirilib.

Xatırladaq ki, “Qarabağ”-“Ayntraxt” oyunu 2026-cı il yanvarın 21-nə, saat 21:45-ə planlaşdırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv