Mətbuat Şurasında Dil Komissiyasının yeni tərkibi təsdiqləndi

Mətbuat Şurasında Dil Komissiyasının yeni tərkibi təsdiqləndi






Rəşad Cəfərli

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Bakı, #Bakı Dövlət Universitetini, #Baş redaktor, #İlham Əliyev, #Jurnalistlər, #Mətbuat Şurası, #Milli Məclis, #Milli Mətbuat, #Rəşad CƏFƏRLİ, #Rəşad Məcid

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ana dilinin qorunması media üçün prioritet elan olundu

       presstvaz   xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci il üzrə son iclasında qurumun Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsi və yeni tərkibinin formalaşdırılması məsələsi əsas müzakirə mövzularından biri olub.

İclasda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Prezident İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə ana dili ilə bağlı səsləndirdiyi mühüm fikirləri xatırladıb. O bildirib ki, dövlət başçısı dilimizə yad təsirlərin artmasından narahatlığını açıq şəkildə ifadə edib və Azərbaycan dilinin saflığının qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayıb.

       Sədrin sözlərinə görə, Prezidentin televiziya və yazılı mediada müşahidə olunan dil problemlərinə diqqət çəkməsi bu sahədə daha ciddi nəzarət və tədbirlərin görülməsini zəruri edir. R.Məcid qeyd edib ki, bu çağırışlar Mətbuat Şurasının üzərinə də əlavə məsuliyyət qoyur və qarşıdakı dövrdə qurumun fəaliyyət istiqamətlərinin daha konkret şəkildə müəyyənləşdirilməsini tələb edir.


Dil Komissiyasına tanınmış media və elm nümayəndələri daxil edilib

       Müzakirələrin yekununda Mətbuat Şurasının Dil Komissiyasının yeni tərkibi təsdiqlənib. Qərara əsasən, komissiyaya sədr kimi Vüsalə Mahirqızı rəhbərlik edəcək. Komissiyanın üzvləri sırasında “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı yer alıb.

Bununla yanaşı, Şuranın Nəzarət-Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli də komissiyanın fəaliyyətində iştirak edəcəklər. Qərarda dilçi alimlərin prosesə cəlb olunması və komissiyanın işi üzrə konkret fəaliyyət planının hazırlanması da nəzərdə tutulub.

       İclasda həmçinin Mətbuat Şurasının nəzdində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin yaradılmasının zəruriliyi vurğulanıb. “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevin təqdimatı dinlənilib və qərara alınıb ki, yeni mərkəz onun rəhbərliyi ilə fəaliyyət göstərəcək. Mərkəz gələn il üçün iş strategiyasını və təmsil olunacaq jurnalist təşkilatlarını müəyyənləşdirəcək.

Qeyd edək ki, iclas çərçivəsində Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı Mətbuat Şurasının bir sıra təmsilçilərinə təqdim edilib.

Rəşad CƏFƏRLİ,

 Presstv.az – Azərbaycan xəbər portalı

presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.