KİV: Rustem Umerov Mayamidə Uitkoffla görüşəcək

KİV: Rustem Umerov Mayamidə Uitkoffla görüşəcək






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Donald Tramp, #Münaqişə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti bu həftə ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Mayamiyə gedəcək.

presstvaz xəbər verir ki, məlumatı “Axios” yayıb.

ABŞ tərəfini prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcəklər.

Nəşrin Ağ Ev rəsmisinə istinadən verdiyi məlumata görə, həftəsonu Uitkoff və Kuşnerin Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə də Mayamidə danışıqlar aparmaları planlaşdırılır.

Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli görüşün olub-olmayacağı barədə heç bir məlumat yoxdur.

Nəşrin məlumatına görə, ABŞ təmsilçiləri Rusiya prezidentinin xüsusi nümayəndəsini Ukrayna-Amerika danışıqlarının nəticələri barədə məlumatlandıracaq və hərbi münaqişəyə son qoymaq üçün “Rusiya hökumətini yenilənmiş təklifə razı salmağa çalışacaqlar”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv