Komitə rəsmisi: “Uşaq Hüquqlarına dair Milli Fəaliyyət Planının layihəsi hazırlanıb”

Komitə rəsmisi: “Uşaq Hüquqlarına dair Milli Fəaliyyət Planının layihəsi hazırlanıb”






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, #Süni intellekt, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Uşaq Hüquqlarına dair Milli Fəaliyyət Planının layihəsi hazırlanıb”.

presstvaz xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov “Uşaqların zərərli informasiyadan qorunması” mövzusundakı brifinqdə deyib.

Komitə rəsmisi: Uşaq Hüquqlarına dair Milli Fəaliyyət Planının layihəsi hazırlanıb

O bildirib ki, dünyada hər beş uşaqdan biri zərərli məlumatlardan əziyyət çəkir:

“Süni intellektin, rəqəmsallaşmanın inkişafından danışırıq, amma bunun mənfi tendensiyaları da var. Videomateriallar hazırlayanda yaş kateqoriyası müəyyənləşməlidir. Bəzən uşaqları “Tiktok”a cəlb edib pul qazanırlar və onların hüquqları pozulur. Bəzi media subyektləri uşaqların da məlumatlarını paylaşaraq hüquqlarını pozurdu. Müvafiq dövlət qurumları ilə əməkdaşlıq edib tədbirlər gördük. Komitə olaraq uşaq hüquqları ilə bağlı məlumat bank sistemi yaratdıq”.

Qurum rəsmisi deyib ki, son illərdə qəbul edilən proqramlarda uşaq hüquqlarına dair məlumat yoxdur:

“Azərbaycanda son illərdə qəbul olunan proqramlarda uşaq hüquqlarına dair heç nə yoxdur. Buna görə də Uşaq Hüquqlarına dair Milli Fəaliyyət Planının layihəsi hazırlanıb. Burada uşaqların hüquqlarına dair bütün məsələlər əksini tapıb”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv