“Global Media Group”un 55 əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub

“Global Media Group”un 55 əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub

presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Caliber, #İlham Əliyev, #Milli Mətbuat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə “Global Media Group”a daxil olan media subyektlərinin rəhbər və jurnalist heyətindən ümumilikdə 55 nəfər “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

presstvaz xəbər verir ki, təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər.

Yubiley medalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın tarixi missiyasına, jurnalist əməyinə və medianın cəmiyyətin inkişafındakı mühüm roluna verdiyi yüksək qiymətin bariz ifadəsi olaraq, dövlət başçısının 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.

Prezidentin imzaladığı bu fərman Azərbaycan milli mətbuatının 150 illik şərəfli yoluna dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğının, söz və informasiya azadlığının inkişafına verilən mühüm töhfənin növbəti təzahürüdür.

Qeyd edək ki, “Global Media Group” üzrə yubiley medalı ilə təltif olunan əməkdaşlar aşağıdakı media qurumlarını təmsil edirlər:

– Baku.TV – 10 nəfər;

– “Report” İnformasiya Agentliyi – 14 nəfər;

presstvaz – 9 nəfər;

– Baku.ws – 5 nəfər;

– Caliber.az – 6 nəfər;

– Media.az – 1 nəfər;

– “Kaspi” qəzetinin Azərbaycan redaksiyası – 4 nəfər;

– “Kaspi” qəzetinin rus redaksiyası – 3 nəfər;

– Photostock.az foto agentliyi – 1 nəfər.

“Global Media Group” kollektivi göstərilən bu yüksək dövlət diqqəti və etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirir və bundan sonra da milli mətbuatın inkişafına, cəmiyyətin operativ və etibarlı informasiya ilə təmin olunmasına töhfə vermək istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcəyini bəyan edir.

Global Media Groupun 55 əməkdaşı Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı ilə təltif olunub

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.

Presstvaz Azərbaycan xəbər portalı.

By presstv