Bu, Ukraynada müharibənin gedişatını dəyişdirə bilər – Ekspert

Bu, Ukraynada müharibənin gedişatını dəyişdirə bilər – Ekspert






presstv

"Presstv"az #Avropa, #Çin, #Müharibə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna üçün uzaqmənzilli silahlar müharibənin gedişatını dəyişdirə və Avropanın təhlükəsizliyini gücləndirə bilər.

presstvaz xəbər verir ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko deyib.

"Avropa üçün ideal vəziyyət bizə uzaqmənzilli silahlar vermələri və Rusiyanın hərbi sənayesinin əhəmiyyətli bir hissəsini məhv etməyimiz olardı. Avropa Rusiyanın mümkün işğalına hazırlaşmaq üçün xeyli vaxt qazanardı. Avropalılar hələlik bunu bir fürsət kimi görmürlər", – deyə o bildirib.

Ekspertin fikrincə, Ukrayna kifayət qədər müasir raketlə Rusiyanın hərbi-sənaye kompleksinin əhəmiyyətli bir hissəsini sıradan çıxara bilər:

"Daha sonra ruslar sıfırdan başlamağa, Çin təchizatı və komponentlərinə əsaslanan texnoloji proseslər qurmağa məcbur olacaqlar".

O, həmçinin qeyd edib ki, raketlərin və “Şahid” PUA-larının istehsal olunduğu yerlər hava hücumundan müdafiə sistemləri tərəfindən ciddi şəkildə qorunur:

"Əlbəttə ki, biz ora zərbə endirməyə çalışırıq, amma təəssüf ki, ora nüfuz etmək çətindir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv