Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?

Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?






presstv

"Presstv"az #Azərbaycan, #Dərs yükü, #Gürcüstan, #Magistratura, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda ali təhsil pillələrinin müddətinin azaldılması ilə bağlı müzakirələr artıq bir neçə ildir gündəmdədir. Növbəti dövrdə bakalavr təhsilinin 3 ilə, magistratura təhsilinin isə 1 ilə endirilməsi ilə bağlı qərarın qəbul olunması istisna edilmir.

Bu sözləri presstvaz-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi dünyanın müxtəlif ölkələrində, o cümlədən Gürcüstanda ali təhsil müddətinin azaldılması ilə bağlı qərarın Azərbaycana təsiri haqda danışarkən deyib.

“Bizdə də bakalavr pilləsində bir çox ixtisaslar üzrə təhsil müddəti 3 ilə, magistratura pilləsində isə 1 ilə qədər endirilsin. Ali təhsil müəssisələrində bəzi ixtisaslarda qeyri-ixtisas fənlərinin tədrisi və dərs müddətlərinin uzun olması təhsilin effektivliyinə mənfi təsir göstərir. Dərs yükünün azaldılması və yalnız ixtisasa uyğun fənlərin saxlanılması ilə təhsil müddətini qısaltmaq mümkündür”, – o bildirib.

Ekspert qeyd edib ki, xüsusilə laboratoriya şəraiti tələb etməyən ixtisaslar üzrə 3 illik bakalavr təhsili kifayət qədər effektiv ola bilər:

“Qeyri-ixtisas fənləri çıxarmaqla, tələbələrə lazım olan bilikləri daha qısa müddətdə vermək mümkündür. Bu, dünya təcrübəsində geniş tətbiq olunur və effektivliyi də sübut edilib. Belə bir islahat həm bakalavr, həm də magistratura pilləsində təhsilin keyfiyyətinə, eləcə də hazırlanan kadrların əmək bazarına uyğunluğuna müsbət təsir göstərər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv