Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu keçirilir

Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu keçirilir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Jurnalistlər, #Macarıstan, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin paytaxtı Ankarada türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu öz işinə başlayıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan nümayəndələr iştirak edirlər.

Forumun məqsədi sözügedən ölkələrdən yüksək səviyyəli informasiya sahəsi üzrə rəsmi şəxsləri, eləcə də media nümayəndələrini, akademikləri, kommunikasiya mütəxəssislərini və jurnalistləri bir araya gətirməklə türk dövlətləri arasında effektiv kommunikasiya platforması yaratmaq və dezinformasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməkdir.

Üzv ölkələrdən jurnalistləri bir araya gətirən tədbir təcrübə mübadiləsini, birgə layihələrin reallaşdırılmasını və tərəfdaşlığın genişləndirilməsini təşviq edəcək.

Bununla yanaşı, forumda türk dünyasında media və informasiya sahəsində mövcud çağırışlar müzakirə olunacaq.

Tədbir iki gün davam edəcək.

Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu keçirilir


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv