Bakıya "ağıllı" işıqforlar quraşdırıldı – Tıxaca nəzarət edəcək

Bakıya "ağıllı" işıqforlar quraşdırıldı – Tıxaca nəzarət edəcək






presstv

"Presstv"az #Avto, #Bakı, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda bir sıra küçə və prospektlərdə yeni tip işıqforların quraşdırılması sürücülər arasında maraq yaradıb.

presstvaz xəbər verir ki, işıqforların üzərindəki kamera və sensorlara bənzər qurğular əvvəlcə radar olaraq düşünülsə də, nəqliyyat sensoru və nəqliyyat axınına nəzarət sisteminin bir hissəsidir.

Məlumata görə onların əsas funksiyası işıqfor qarşısında neçə avtomobil dayandığını və zolaqlarda sıxlığı adaptiv bir şəkildə təyin etmək olacaq.

Toplanan məlumat əsasında işıqforun fazaları tənzimlənəcək və avtomobil axını sıxlığa görə səmərəli idarə olunacaq.

Beynəlxalq təcrübədə "vehicle detection camera" və ya "traffic monitoring sensor" kimi tanınan sistem artıq müxtəlif ölkələrdə də uğurla tətbiq edilir.

KİV-də yer alan məlumata görə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, bununla bağlı yaxın günlərdə ətraflı məlumat verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv